Bəhicə Əliyeva
UNFPA, Proqram Meneceri
Bəhicə Əliyevanın Azırbaycanda gender məsələlərini hədəf tutan proqramlarda geniş təcrübəsi var. Son bir neçə ildə o, bu sahədə çalışır və həm ölkədə qadın məsələləri ilə məşğul olan QHT-lər haqqında, həm də bütün dünyada gender əsaslı zorakılıq (GBV) sahəsində yeni meyllər və inkişaf haqqında geniş məlumata malikdir.
Fuad Süleymanov
Açıq Cəmiyyət İnstitutu (OSI) Azərbaycan, Vətəndaş Cəmiyyəti/Hüquq/Debat Proqramları üzrə Direktor
Fuad Süleymanov 1972-ci il fevral ayının 16da Bakıda anadan olmuşdur. O, 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Universiteti bitirdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aspiranturasına daxil olmuşdur. 1997-ci ildən Azərbaycan Respublikası MEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda elmi işçi kimi çalışmışdır. 1999-cu ildən başlayaraq, Açıq Cəmiyyət İnstitutunun (OSI) Vətəndaş Cəmiyyəti/Hüquq/Debat Proqramları üzrə Direktor vəzifəsində çalışır.
Qalib Əfəndiyev
Gəlirlərə Nəzarət İnstitutu, Qafqaz və Mərkəzi Asiya üzrə Regional Direktor
Qalib Əfəndiyev “Gəlirlərə Nəzarət İnstitutu”nun Qafqaz və Mərkəzi Asiya üzrə Regional Direktorudur. Qalib Əfəndiyev ABŞ-ın Rutgers Universitetinin Maliyyə və Menecment fakültəsini bitirmişdir. O, Azərbaycanda Açıq Cəmiyyət İnstitutunda 10 ildən artıq müddət ərzində çalışmışdır. Bu yaxınlarda o, resurslarla zəngin ölkələrdə “resurs lənəti”nin təsirlərini aradan qaldırmaq üçün bütün dünyada bu ölkələrlə işləyən ABŞ təşkilatı “Gəlirlərə Nəzarət İnstitutu”nun Qafqaz və Mərkəzi Asiya üzrə Regional Direktoru vəzifəsində işə başlamışdır.
İlqar Ağasıyev
Counterpart International, Ölkə üzrə Direktor
İlqar Ağasıyev “Counterpart International” təşkilatının Ölkə üzrə Direktorudur. O, vətəndaş cəmiyyəti, təhsil və icma inkişafı layihələrinin proqram planlaşdırması, monitorinqi və qiymətləndirilməsi üzrə 12 illik təcrübəsi olan peşəkar humanitar və ictimai vəkillik işçisidir. O, “Counterpart International” təşkilatında Qrantlar üzrə Menecer, UNHCR, IMO, OSCE/ODIHR, Dünya Bankı tərəfindən maliyyələşdirilən layihələrdə Proqram Meneceri və Azərbaycanda “Exxon Mobil” şirkətində Hökumətlə Əlaqələr üzrə Məsul Şəxs vəzifələrində çalışmışdır. Onun hazırki vəzifəsi USAID tərəfindən maliyyələşdirilən və “Counterpart International” tərəfindən həyata keçirilən Vətəndaş Cəmiyyəti layihəsinin ümumi nəzarəti ilə bağlıdır. İlqar Ağasıyev Azərbaycan Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişdir.
Səidə Bağırlı
Dünya Bankı, Ölkə üzrə İcraçı Menecer
Səidə Bağırlı təhsil sahəsində təcrübəyə malikdir və Azərbaycan Dillər Universitetinin Magistr dərəcəsini almışdır. O öz peşəkar fəaliyyətinə Azərbaycan Dillər Universitetində mühazirəçi kimi başlamış, daha sonra isə özəl sektorda fəaliyyətini davam etdirmişdir. Bir kommersiya bankında qısa menecerlik təcrübəsindən sonra o, Beynəlxalq Valyuta Fondunda Nümayəndələr Ofisinə keçmiş və administrativ vəzifədə dörd il çalışmışdır. O, 1997-ci ildə Dünya Bankında Administrativ İşlər üzrə Məsul Şəxs vəzifəsində işə başlamış və 2000-ci ildə Əməliyyatlar Şöbəsinə keçmişdir. Əməliyyatlar üzrə Məsul Şəxs kimi o, daxili və xarici kommunikasiyaya, ölkə proqramları monitorinqinə, vətəndaş cəmiyyəti inkişafına, Bankın Vətəndaş Cəmiyyəti Fondu kiçik qrantlar proqramının idarə olunması və menecmentinə görə cavabdeh olmuşdur və son zamanlar, proqram qiymətləndirilməsi və monitorinqinə xüsusi diqqət ayırmışdır. Eyni zamanda o, Ölkə üzrə Menecerin yoxluğunda onu əvəz edir.
Səidə Bağırlının təhsil təcrübəsinə Strateji Kommunikasiya, Əməliyyat Menecmenti, Monitorinq və Dəyərləndirmə, Gender, İqtisadiyyatın Əsasları və s. mövzular daxil olmaqla, bir çox Bank treninqləri və kurslar aiddir. O, beynəlxalq tədbirlərdə Bankı təmsil edir.
Şahin Rzayev
Beynəlxalq Hərb və Sülh Hesabatları İnstitutu (IWPR), Ölkə üzrə Direktor
Şahin Rzayev 1965-ci il aprel ayının 22-də Bakıda anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. Ş.Rzayev “Exo”, “Yeddi Gün”, “Zerkalo” və “Azadlıq” kimi qəzetlərdə jurnalist vəzifəsində çalışmışdır. 1999-cu ildən Ş.Rzayev Beynəlxalq Hərb və Sülh Hesabatları İnstitutunda (IWPR) Ölkə üzrə Direktor vəzifəsində çalışır.