Fəaliyyət tarixçəsi
2007
- Avrasiya Əməkdaşlıq Fondu yaradılıb.
- Ukrayna, Belorusiya və Moldovada Şəqri Avropa Fondu yaradılıb.
2006
- Bişkək və Oş şəhərlərində (Qırğızıstan), Almatada (Qazaxıstan) və Düşənbədə (Tacikistan) Mərkəzi Asiyanın Avrasiya Fondu yaradılıb.
- AF Orta Şərqdə yeni fondun təsis olunması üçün ABŞ Dövlət Departamentinə kömək edib.
2005
- Avrasiya Fondunun Azərbaycandakı fəaliyyətinin onilliyi münasibətilə mərasimlər keçirilib.
- AF-nin Vladivostok şəhərindəki Uzaq Şərq ofisi Yeni Avrasiya Fondunun bir hissəsinə çevrilib.
- 1992-ci ildən bəri Avrasiya Fondu 7700-dən artıq qrant və texniki yardın layihələri vasitəsilə 275 milyon dollar məbləğində vəsait ayırıb.
2004
- Rusiyada Rusiya-Amerika-Avropa tərəfdaşlığı sayəsində Yeni Avrasiya Fondu yaradılıb
2003
- AF tərəfindən irəli sürülən İqtisadi Təhsil və Araşdırmalar Konsorsiumu (İTAK) layihəsi qeyri-hökümət təşkilatına çevrilərək müstəqillik qazanıb. İTAK Moskvada araşdırma proqramıarını, Kiyevdə isə təshil proqramlarını həyata keçirir.
2002
- Nyu York Kornegi Korporasiyasının maliyyə dəstəyi ilə AF, sosial elmlər və ictimai siyasətlə bağlı araşdırmaları dəstəkləmək məqsədilə Qafqaz Tədqiqat Resurs Mərkəzini yaradıb.
- AF-nin Bişkəkdəki (Qırğızıstan) ofisi fəaliyyətə başlayıb.
2001
- AF Azərbaycanda təhsil və mədəniyyətin inkişafındakı xidmətlərinə görə Yunis Məmmədəliyev adina mükafata layiq görülüb.
- Fond dövlət qurumlarını ən yaxşı təcrübələrlə tanış etmək üçün Tacikistanın şimalında Bələdiyyə İşçilərinin Təlim Mərkəzini yaradıb.
- Fond Özbəkistan tarixində ilk dəfə ali təhsil məktəbini – Kelecek Elmi Beynəlxal Biznes Məktəbini maliyyələşdirib.
- Keçmiş Dövlət Katibi və AF-nin Məşvərət Şurasının hazırkı üzvü Ceyms A. Beyker Avrasiya Liderlik Mükafatı ilə təltif edilib.
2000
- AF-nin Almatada (Qazaxıstan) regional ofisi fəaliyyətə başlayıb
1999
- AF Rusiyanın şimalında MBA dərəcəsi verən Sankt-Peterburq İdarəetməçilik Məktəbini yaradıb.
- AF-nin Məşvərət Şurasının qərarı ilə Bişkəkdə (Qirğızıstan) ofis açılıb.
1998
- AF Cənubi Qafqazda əməkdaşlığı genişləndirmək məqsədilə Cənubi Qafqaz Əməkdaşlıq Proqramını yaradıb.
1997
- AF-nin Azərbaycan ofisi Bakıda fəaliyyətə başlayıb.
- Fond Moldavada yeganə müstəqil xəbər agentliyi olan BASA Press-i yaradıb.
1996
- AF keçmiş Sovet İttifaqında müasir iqtisadi təhsil və araşdırmaları dəstəkləyən proqram – İqtisadi Təhsil və Araşdırmalar Konsorsiumu yaradıb.
- AF-nin Məşvərət Şurasının qərarı ilə Türkmənistanda və Tacikistanda ofislər açılıb.
1995
- Ermənistan və Gürcüstan ofisləri fəaliyyətə başlayıb.
1994
- Avrasiya Fondunun Vaşinqtondakı mərkəzi ofisi Tacikistanda və Türkmənistanda yeli təşkilatlara ilk dəfə qrantlar ayırıb.
- AF-nin Məşvərət Şurası Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistanda ofislərin aşılmasına qərar verib.
1993
- Avrasiya Fondunun Vaşinqtondakı mərkəzi ofisi Azərbaycan, Gürcüstan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Moldava, Rusiya, Ukrayna və Özbəkistanda yerli təşkilatlara ilk dəfə qrantlar ayırıb.
1992
- Avrasiya Fondu Vaşinqtonda gəlirsiz təşkilat kimi yaradılıb və qeydiyyatdan keçib.