
Nailə Həşimova Azərbaycanda beynəlxalq yardım və inkişaf layihələri üzrə 15 illik rəhbərlik təcrübəsinə malikdir. 2006-cə ildə AF-də Proqram Meneceri olaraq işə başlamasıyla, o, təhsil sektoru və yerli idarəetmə təsislərində şəffaflıq proqramından başlayaraq hal hazırda həyata keçirilən Gənclər İqtisadi İnkişaf proqramına qədər bir çox layihəyə nəzarət etmişdir. Xanım Həşimova Dünya Bankı, Avropa Komissiyası və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi kimi beynəlxalq təşkilatlarla işləmə təcrübəsinə malikdir. O, Azərbaycanda Dövlət Tibb Universitetini tibb doktoru dərəcəsi (MD) ilə tamamlayıb və həmçinin, Norveç, Rusiya və Uelsdə təhsil alıb. O, əsasən inkişaf proqramlarının qiymətləndirilməsi və eləcə də ictimai xidmətlərin və gənclər proqramlarının fəaliyyətlərinin ölçülməsi sahələrində ixtisaslaşıb.

Sabir Laijevin maliyyə və mühasibat sahəsində 14 illik təcrübəsi var. 2000-ci ildə AƏF-ə qoşulmamışdan əvvəl o, Bakıda fəaliyyət göstərən bir çox beynəlxalq təşkilatlarla işləmişdir. 2008-ci ildə o, Relief International təşkilatında Maliyyə Meneceri vəzifəsində işə başlamış və Yaxın Şərqin Regional Maliyyə Meneceri olaraq həm ABŞ-da, həm də Yaxın Şərq ölkələrində işləmişdir. Sabir Laijev maliyyə və mühasibat sahəsində beynəlxalq sertifikatlar əldə etmişdir. O, Azərbaycan Dövlət Neft Akademiyasının Sistem Mühəndisliyi fakültəsinin bakalavr dərəcəsi ilə məzunudur.

Aygün Eyvazova Maliyyə və Mühasibat sahəsində 5 ildən çox iş təcrübəsinə malikdir. O, mühasibat sahəsində ilk addımını Counterpart International ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyələşdirdiyi Vətəndaş Cəmiyyəti Layihəsi ilə atmış və eyni sahədə işini Avrasiya Əməkdaşlıq Fondunda davam etdirmişdir. Aygün Eyvazova Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu magistr dərəcəsi ilə bitirmiş və eyni zamanda Mühasibat sahəsi üzrə beynəlxalq sertifikat əldə etmişdir.

Aytən Vəliyeva AƏF-də ilk təcrübəsini İnzibati İşlər üzrə Köməkçi kimi başlamış və 6 ay sonra HR Meneceri vəzifəsinə təyin olunmuşdur. AƏF-ə qoşulmadan əvvəl, o, üç il Azərbaycan Dövlət Neft Akademiyasının Neft və Qaz Yataqlarının İşlənməsi və İstismarı Fakültəsində Laborant-Mühəndis kimi fəaliyyət göstərmişdir. Xanım Vəliyeva Azərbaycan Dövlət Neft Akademiyasının, Neft Mühəndisliyi üzrə həm Bakalavr, həm də Magistr dərəcəsi ilə məzunudur. O, BP tərəfindən təşkil olunmuş Problem Əsaslı Tədris Proqramı və “Anglo-American Business Services” şirkətinin HR dərsləri də daxil olmaqla bir çox treyninqlərdə iştirak etmiş və sertifikatlar əldə etmişdir. Aytən Vəliyeva 2009-2010-cu ildə Müstəqil Dövlətlər Birliyi arasında keçirilmiş 2-ci Beynəlxalq “Золотой Резерв Нефтегаза 2009” yarışında birinci yerə layiq görülmüşdür. O, bir çox elmi məqalənin müəllifidir.
Zoya Hüseynova
İnzibati İşlər üzrə Köməkçi
Zoya Hüseynova AƏF-ə 2011-ci ildə qoşulmuşdur. AƏF-dən əvvəl o, “BUTA” Humanitar Uşaq Fondunda tərcüməçi vəzifəsində çalışaraq, beynəlxalq layihələr və Azərbaycanda QHT sektoru üzrə təcrübə qazanmışdır. Zoya, Sank-Peterburq Humanitar Həmkarlar Universitetində Bakalavr təhsilini almış, incəsənət tənqidçiliyi və tərcüməçiliyi sahəsində ixtisaslaşmışdır. Universitetdə oxuduğu illərdə Zoya bir çox beynəlxalq elmi konfranslarda Assistent Tərcüməçi kimi iştirak etmiş və 2011-ci ildə Sank-Peterburqda Peşəkar Tərcüməçi sertifikatını əldə etmişdir.

Nailə Hüseynova Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq fakültəsini həm bakalavr, həm də magistr dərəcəsi ilə başa vurmuşdur. 2004-cü ildə Avrasiya Fondunda İnzibati İşlər üzrə Köməkçi olaraq işə başlayan xanım Hüseynova, 2005-ci ildən bu günədək Avrasiya Əməkdaşlıq Fondunun müxtəlif proqramlar üçün Qrantlar üzrə Menecer vəzifəsində işləyir. O, iki aylıq Beynəlxalq Mühasibat kursunu uğurla bitirmiş və sertifikata layiq görülmüşdür.

O, Azərbaycanda Qərb Universitetinin Beynəlxalq Əlaqələr fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. O, eyni zamanda, ABŞ Dövlət Departamentinin İREX Tələbə Mübadiləsi Proqramı vasitəsi ilə Ohayo Ştatında, Vuster Kollecində təhsil almışdır. AƏF-də işə başlamadan əvvəl, Lalə Rəhimova Tədqiqatçı Jurnalistlər Şəbəkəsinin layihə əlaqələndiricisi vəzifəsində işləmişdir. Professional sahədə inkişafına gəldikdə, xanım Rəhimova xarici ölkələrdə bir çox treyninq və dərslərdə iştirak etmişdir.

Zümrüd İsmayılova AƏF-ə 2011-ci ildə İctimai Əlaqələr üzrə Məsul Şəxs kimi qoşulmuşdur. AƏF-dən əvvəl o, BMT-nin İctimai İnformasiya Departamentinin Bakı ofisində kommunikasiya, xarici əlaqələr və tərcüməçilik sahəsində təcrübədən keçmişdir. O, Boğaziçi Universitetində Bakalavr dərəcəsini və Mərkəzi Avropa Universitetində Magistr pilləsini tamamlayaraq, Beynəlxalq Əlaqələr, Siyasət Elmi və Avropaşünaslıq üzrə ixtisaslaşmışdır. Professional sahədəki inkişafına gəldikdə Zümrüd İsmayılova, Danışıqlar və Konfliktin Növləri, Etnik Müxtəliflik və Demokratiya mövzularında bir sıra təlimlərdə iştirak etmişdir. Xaricdə təhsil alarkən o, tərcüməçilik, müəllimlik və cəmiyyəti məlumatlandırma fəaliyyətləri də daxil olmaqla İstanbulun hökumət qurumlarına aid müxtəlif işlərdə könüllü kimi fəaliyyət göstərmişdir.

Lalə Hüseynova Avrasiya Fondu ilə təcrübəsini 2005-ci ildə Proqram Köməkçisi kimi başlamış və 2007-ci ildən Cənubi Qafqaz ölkələrinin əməkdaşlıq proqramı üzrə Qrantlar Meneceri kimi davam etmişdir. 2008-ci ildə o, Avrasiya Əməkdaşlıq Fondunda Beynəlxalq Qrantlar üzrə Menecer vəzifəsinə təyin olunmuşdur. Hal hazırda o, AƏF-də Gənclər üzrə Proqramlara nəzarət edir. O, təhsilini Bakı Dövlət Universitetində Sosial Elmlər və Psixologiya sahəsində bakalavr dərəcəsi üzrə tamamlayaraq Şərəf Diplomu ilə təltif olunmuşdur.
Professional sahədə inkişafına gəldikdə isə Lalə Hüseynova, 2008-2009-cu illərdə Henrik Bol Fondu tərəfindən təltif olunan 1 illik qrant çərçivəsində, fərdi sosial tədqiqat keçirmişdir. O, 2010-cu ildə Yaponiyanın Tsukuba Universiteti tərəfindən maliyyələşdirilmiş tədqiqatda tədqiqatçı kimi təcrübə qazanmışdır. O eyni zamanda `vətəndaşların qeyri formal təhsili` mövzusunda keçirilən Təlimçilərin Təlimi kursunu uğurla bitrmişdir.
AƏF-ə qoşulmamışdan əvvəl o, Shell şirkətinin Azərbaycandakı nümayəndəliyində İnzibati İşlər üzrə Köməkçi vəzifəsində işləmişdir.

Rəna Abdullayeva AƏF-də 2010-cu ildə İnzibati İşlər üzrə Köməkçi kimi işə başlamışdır. AƏF-ə qoşulmazdan əvvəl o, Kapital Bankda audit sahəsi üzrə təcrübədən keçmişdir. Rəna, Bakı Dövlət İqtisad Universitetinin İqtisadi Əlaqələr fakültəsinin bakalavr dərəcəsi ilə məzunudur. O orta məktəbi İsraildə oxumuş və oxuduğu məktəbin yay düşərgəsində müəllim köməkçisi olaraq fəaliyyət göstərmişdir. Oxuduğu illərdə Rəna Abdullayeva maliyyə ilə bağlı layihə üzərində çalışmış və biznes qurma sahəsində ixtisaslaşmışdır. O, İvrit dilini səlis bilir.

Günay Zeynalova AƏF-ə 2010-cu ildə qoşulmuşdur. AƏF-dən əvvəl isə o, Iqtisadi Inkişaf Nazirliyi Gəncə Qazax Regional şöbəsinin nəzdində olan Biznes Tədris Mərkəzində könüllü kimi, BP və tərəfdaşlarının maliyyələşdirdiyi Save The Children təşkilatının həyata keçirdiyi Ictimai Sərmayə Proqramı-3 çərçivəsində monitorinq və qiymətləndirmə işçisi kimi, MBASK sığorta şirkətində uçot üzrə mütəxəssis kimi və USAID-in maliyyə dəstəyilə Save the Children təşkilatının həyata keçirdiyi Dayanıqlı Dəyişiklik naminə Birgə Fəaliyyət layihəsində proqram koordinatoru kimi çalışmışdır. Günay Azərbaycan Texnologiya Universitetini fərqlənmə diplomu ilə bitirərək Bakalavr dərəcəsi almış və Azərbaycan Müəllimlər İnstitutunun Filologiya Fakültəsi üzrə 1 illik kurs keçmişdir. Professional sahədə inkişafına gəldikdə isə o, 2007-ci ildə ATET-in maliyyə dəstəyi ilə Beynəlxalq Əmək Təşkilatının və Norveç Humanitar Müəssəsəsinin keçirdiyi təlimlərdə “Biznesini başla və yaxşılaşdır” kursunda iştirak etmiş və biznes treyner dərəcəsi almışdır.

Seymur Hüseynov AƏF-in Gənclər Fondu proqramına 2010-cu ildə könüllü kimi qoşulmuş, 2011-ci ildə isə həmin proqram üzrə Proqram köməkçisi kimi fəaliyyətə başlamışdır. AƏF-ə qoşulmazdan əvvəl o, Bank of Baku-da istehlak kredit sahəsi üzrə təcrübədən keçmişdir. Seymur Hüseynov ATƏT-in dəstəyi ilə Viator Mikrokredit/Norveç Humanitar Müəssisəsi tərəfindən təşkil olunmuş “Beynəlxalq Mühasibatlığın Əsasları” dərsləri və digər treyninqlərdə iştirak etmiş və sertifikatlar əldə etmişdir. O, Azərbaycan Texnologiya Universitetinin İqtisadiyyat və İdarə etmə fakültəsini bakalavr dərəcəsi üzrə tamamlayaraq, Fərqlənmə Diplomu ilə təltif olunmuşdur.

Ilahə Rəsulova vətəndaş cəmiyyətinin inkişafı sahəsində 11 illik təcrübəyə malikdir. O, sənətini 1999-cu ildə məhz AF-də, İnzibati İşlər üzrə Köməkçi kimi başlamış və indiyə qədər vəzifəsi 4 dəfə yüksəldilmişdir. Hal hazırda o, Proqram Meneceri vəzifəsində işləyir və bu vəzifəyə təyin olunduğu gündən etibarən o, bir çox proqramları, eləcə də Norveçin Kiçik Qrantlar proqramı çərçivəsində gender mövzusundan büdcə şəffaflığına qədər müxtəlif layihələri idarə etmişdir. İndi o, Vətəndaş Jurnalistikası E-media Layihəsini idarə edir. Xanım Rəsulova, eyni zamanda, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin layihəsi çərçivəsində təşkil olunmuş Gender Ekspert Qrupunun üzvüdür və yerli qadın QHT-lərinin bacarıqlarının artırılması üçün 2 modul üzrə layihənin idarə olunması, monitorinqi və qiymətləndirilməsi üzrə təlimlər keçirmişdir. O, təhsilini Azərbaycan Dillər Universitetində tamamlamış, daha sonra isə Xəzər Universitetinin Menecerlik fakültəsinin magistr dərəcəsi ilə məzunu olmuşdur.

Rəşad Əliyev AƏF-ə 2001-ci ildə qoşulmuşdur. AƏF-ə qədər isə o, Azerbaijan Teleradio Şirkətində müxbir və diktor, Gün-səhər qazetində jurnalist və nəhayət Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsində PR Meneceri vəzifələrində işləmişdir. O, gender və təhsil mövzusunda Hilswerk Austria tərəfindən keçirilmiş təlimlərdə, eləcə də Bakı Jurnalistika Məktəbi, Yeni Nəsil Jurnalistika Assosiyasiyası, Media Hüququ İnstitutu və Qafqaz Media Mərkəzi tərəfindən təşkil olunmuş jurnalistika və media mövzularında treyninq və seminarlarda iştirak etmişdir. O, bakalavr dərəcəsi üzrə təhsilini Bakı Dövlət Universitetinin, Jurnalistika Fakültəsində əldə etmiş və Media idarəçiliyi sahəsində Gürcüstan Ictimai Əlaqələr Institutunun magistr pilləsi üzrə məzunu olmuşdur.