Azərbaycan, son illərdə ölkədə demokratiya və bazar iqtisadiyyatını inkişaf etdirmək və Avropa Birliyinə yaxınlaşmaq üçün islahatları tədricən artıran siyasət aparır.
Avropa Birliyi ilə Azərbaycan Respublikası arasındakı əməkdaşlığın əsas məqsədi iqtisadi inteqrasiya və sıx siyasi əlaqələrin gücləndirilməsi yönündə münasibətlərin genişləndirilməsidir. Lakin Avropa standartlarının və dəyərlərinin düzgün başa düşülməməsi nəticəsində Azərbaycanın Avropaya inteqrasiyası etirazlara məruz qalır, həmçinin, Avropa Birliyi- Azərbaycan münasibətləri və AB qurumları haqqında ictimai məlumatlılığın məhdudluğu ölkənin inkişafında vətəndaş cəmiyyətinin davamlı fəaliyyətinə mənfi təsir göstərir. Avropa anlayışının bilinməməsi və müstəqil mütəxəssislərin iştirakının fəal olmaması Avropaya inteqrasiya prosesində vətəndaş cəmiyyətinin mövqeyinin əks olunmasını çətinləşdirir.
AB və 6 tərəfdaş ölkə arasında əlaqələri gücləndirmək üçün, Avropa Komissiyası 2009-cu ildə Şərq Tərəfdaşlığı təşəbbüsünü başlatmışdır. Şərq Tərəfdaşlığı iqtisadi inkişaf, sabitlik və yaxşı idarəetməni təbliğ edərək tərəfdaş ölkələri cəlb etməyə çalışır. Şərq Tərəfdaşlığı, nəticə etibarı ilə AB ilə Assosiativ Sazişin əsasını qoymaq üçün yeni saziş əlaqələrinin inkişafını nəzərdə tutub və islahatlarla bağlı təcrübələri paylaşmaq üçün yeni forum qurub. Planların uğurla həyata keçməsi üçün, Şərq Tərəfdaşlığı çərçivəsində, demokratiya, yaxşı idarəetmə, sabitlik, iqtisadi inteqrasiya və AB qanunlarına uyğunlaşdırma, enerji təhlükəsizliyi və insanlarla əlaqələrin qurulması ilə bağlı sualları əhatə edən mütəxəssislərin dörd mövzu üzrə platformaları qurulub.
Şərq Tərəfdaşlığı, Vətəndaş Cəmiyyəti Forumu tərzində vətəndaş cəmiyyətinin iştirakına xüsusi əhəmiyyət verən ilk təşəbbüsdür. Bu mexanizm vətəndaş cəmiyyətinin fəal iştirakına lazımi imkanlar yaradır və beləcə, Şərq Tərəfdaşlığını çox tərəfli təsirinə səbəb olur. Prosesə nəzarət etmək və təkmilləşdirmək üçün Şərq Tərəfdaşlığı Milli Platforması yaradılmışdır. Əlavə olaraq, bu sahədə yaxşı tanınmış mütəxəssislər tərəfindən Avro-inteqrasiya üzrə Azərbaycan Milli Komitəsi qurulmuşdur.
AƏF-in layihəsinin əsas məqsədi Azərbaycanın Avropaya inteqrasiyası ilə bağlı məsələlərdə hökumət, biznes və vətəndaş cəmiyyəti qurumları arasında dialoqu təkmilləşdirmək və bu mövzularda məlumatlılığı artırmaqdır. Bu proqram çərçivəsində həyata keçiriləcək fəaliyyətlər əməkdaşlığı irəli sürəcək və AQS Fəaliyyət Planının həyata keçirəcəyi məsələlər üzrə müxtəlif tərəfdaşlar arasında fikir birliyi quracaq, təkmilləşdirilmiş siyasətin həyata keçməsinə və AQS-nin öhdəliklərinə uyğunlaşdırılmasına kömək edəcək, eləcə də yeni Assosiativ Saziş üçün uyğun şərtlərin yaradılması yönündə çalışacaq. Yaxın gələcəkdə, AƏF-in proqramı ticarətin liberallaşdırılması, iqtisadi qanunvericiliyin inzibati təcrübə ilə bərabərləşdirilməsi, həmçinin viza, enerji və təhlükəsizlik məsələlərinə diqqət yetirəcək.
Lаyihə üzrə görüləcək işlərin qısа icmаlı:
• Avropa Tərəfdaşlıq Siyasətinin Fəaliyyət Planının üstünlükləri, Şərq Tərfdaşlığı və Assosiativ Sazişin müzakirə proseslərinə dair seminarların keçirilməsi və ictimai müzakirələrin aparılması;
• Avropaya inteqrasiya məsələləri ilə bağlı ictimaiyyətin məlumatlandırılmasının mətbuat vasitəsi ilə həyata keçirilməsi nəzərdə tutulduğundan, mətbuat nümayəndələri üçün müxtəlif sahələr üzrə təlimlərin təşkili;
• İctimaiyyətlə əlaqələr (PR) kampaniyasının aparılması;
• Təkliflərin hazırlanması.