Bələdiyyə Xidmətində Şəffaflıq Proqramı

AƏF-in Bələdiyyə Xidmətində Şəffaflıq Proqramının (III Mərhələ) ümumi məqsədi yerli xidmətlərin çatdırılmasında bələdiyyələrin fəaliyyətlərinin sistemli monitorinqi və qiymətləndirilməsi yolu ilə bələdiyyələrin strateji planlaşdırma bacarıqlarını təkmilləşdirməkdir. Bu iki məqsədi institusional səviyyəyə gətirməklə ümumi bələdiyyə xidmətinin nəzərə çarpacaq dərəcədə uzun müddətli təkmilləşməsi və beləcə, yerli idarəçiliyin effektivliyini və seçicilərin məmnuiyyətini artıracağı gözlənilir.
AƏF-in Bələdiyyə Xidmətində Şəffaflıq Proqramı STATOIL şirkətinin dəstəyi ilə həyata keçirilir.

BFEÖS (Bələdiyyələrin Fəaliyyətinin Effektivliyini Ölçən Sistem) göstəricilərinin yenilənməsi:
AƏF, BFEÖS göstəricilərini nəzərdən keçirib və qadınların ehtiyaclarının da bələdiyyələr tərəfindən nəzərə alınmasını təmin etmək üçün gender cəhətdən həssas göstəriciləri daxil edib. Düzəliş prosesində, göstəricilərin ümumi sayı 116-dan 46-ya azaldılmışdır. Statoil-in maliyyələşdirdiyi proqramın II mərhələsində 20 kənd tipli bələdiyyələr və proqramın hazırkı III mərhələsində şəhər tipli bələdiyyələrin sahə yoxlaması nəticəsində göstəricilərin azaldılması qərarı AƏF tərəfindən verilmişdir. Proqramda iştirak edən bələdiyyələrin çoxu bir çox göstərici üzrə məlumatları daxil edərkən mühüm çətinliyin olduğunu dəfələrlə bildiriblər. Bu məlumatların yerli səviyyədə istifadəsi nəzərdə tutulsa da, həqiqətdə yalnız hökumətin mərkəzi nazirliklərində mövcuddur.

Mütəxəssislərin sayının artırılması:
AƏF proqramda iştirak edən mütəxəssislərin sayını artırmış və yerli idarəçilik məsələlərində ən tanınmış mütəxəssisləri cəlb etmişdir. Proqramın əvvəlki mərhələlərində iştirak etmiş üç mütəxəssislə müqayisədə, hal hazırda proqram altı mütəxəssisdən ibarətdir. Mütəxəssislərin sayını artırmaq AƏF-ə BFEÖS-ü yerli səviyyədə ictimai xidməti ölçən alət kimi təbliğ etmək üçün təşəbbüslərini artırmağa, eləcə də göstəricilərin dəyərləndirilməsi və onların ölkədəki bütün bələdiyyələrə təqdim edilməsi üçün dövlət qurumları ilə müzakirələri təşviq etməyə imkan verir.

Bələdiyyələrin məlumat bazası:
AƏF-in Proqram Meneceri sədrlərin və üzvlərin adları və telefon nömrələri də daxil olmaqla 1718 bələdiyyənin əlaqə məlumatlarını əldə etməyə nail olmuşdur. Bundan başqa, AƏF-də Azərbaycanın 58 rayonuna aid bələdiyyə büdcələrinin (2005 – 2010), gəlir və xərclərin elektron versiyası mövcuddur. Başqa yerdə əldə olunması mümkün olmayan və AƏF-in çətinliklə əldə etdiyi bu məlumatların xalqa açıq olması üçün, AƏF bu resursları proqramın veb-səhifəsinə yerləşdirəcək.

Bələdiyyəyə aid məlumatın toplanması/yoxlanması:
2011-ci ilin yaz aylarında, AƏF doqquz partnyor bələdiyyədən toplanmış məlumatları göpzdən keçirdi və məlumatların yoxlanması prosesinə start verdi. AƏF-in mütəxəssis qrupu parnyor bələdiyyələrin nümayəndələrinin yoxlama prosesində iştirakını təmin etmək üçün hədəf bələdiyyələri ziyarət etdi. Yoxlama prosesində bəzi məlumatların dəqiq olmadığı aşkarlandı. Müvafiq sənədlərin nəzərdən keçirilməsi BFEÖS üçün düzgün məlumatların əldə olunmasına imkan verdi. Məlumatın toplanması/yoxlanması prosesi bələdiyyələrin hələ də lazımi bələdiyyə statistikasına malik olmadığını göstərdi. Bu isə bələdiyyələrin fəaliyyətinə ciddi maneə yaradır.

Kiçik Qrantlar Müsabiqəsi:
Proqram çərçivəsində AƏF Zaqatala, Qəbələ, Siyəzən, Səlyan, Mingəçevir və Lənkərandan olan partnyor bələdiyyələrə altı qrant təqdim etdi. Bu qrantların ümumi məbləği 24,172 ABŞ dollarıdır. Bu layihələrin məqsədi bələdiyyələrin strateji planlaşdırma qabiliyyətlərini gücləndirmək, həmçinin ictimaiyyətlə əlaqələrini və vətəndaşları ilə görüşlərini artırmaqdır. Büdcə/strateji planlaşdırmada və xərclərin monitorinqində vətəndaşların cəlb edilməsi bu fəaliyyətin əsas tərkib hissəsidir. Layihələr təklif olunmuş planın keyfiyyətinə və təklif olunmuş fəaliyyətlərin məntiq və uyğunluğuna əsasən seçilmişdir. Layihələrin həyata keçirilməsi 2011-ci ilin dekabr ayına qədər davam edəcək.

Strateji Planlama:
AƏF Proqram Meneceri işə cəlb edilmiş mütəxəssislərlə birlikdə partnyor bələdiyyələrə strateji planların hazırlanmasında texniki köməklik göstərəcək. Keçən il, AƏF-in mütəxəssisləri on bələdiyyə strateji planın hazırlanması mövzusunda təlim keçmişdir. Bugün, toplanmış və təhlil edilmiş bütün lazımi məlumatlara malik olmaqla AƏF və bələdiyyələr strateji plan üzərində işləməyi nəzərdə tuturlar. AƏF gələcək üç ay (iyul-sentyabr) ərzində səkkiz strateji planın hazırlanmasını güman edir. Strateji planın son versiyası 2011-ci ilin payızında ictimai səviyyədə müzakirə ediləcək və dekabr ayında təsdiqlənəcək.

Share |