Vətəndaş Jurnalistikası E-Media Proqramı

Norveçin Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə AƏF 2011-ci ilin Yanvar ayında Azərbaycanda 2 illik Vətəndaş Jurnalistikası E-Media Proqramını təqdim edib.
Proqramın məqsədi informasiyanın toplanması və bölüşdürülməsində alternative yolları göstərərək Azərbaycanda azad və müstəqil medianın inkişafına kömək etməkdir. Proqram bu məqsədə nail olmaq üçün:

• Səlahiyyətlər verəcək, maarifləndirəcək və vətəndaş cəmiyyəti və media təşkilatlarını texniki yardımla təmin edəcək;
• Azad elektron medianı təbliğ edəcək və Azərbaycanda bitərəf informasiyanın azad axınını təşviq edəcək.

Bitərəf və yüksək keyfiyyətli informasiyaya ehtiyac ən çox regionlarda olduğu üçün, proqram Bakıdan kənarda 10 hədəf regiona yönəldilmişdir.

Proqram qeyri- ənənəvi mediadan istifadə üçün lazım olan qabiliyyətləri özündə cəmləşdirən bir qrup aktiv vətəndaşı yığacaq. Layihə fəaliyyətlərinin məqsədi səlahiyyətlər vermək, maarifləndirmək və vətəndaş cəmiyyətinə və media təşkilatlarına texniki yardım göstərmək, eyni zamanda bütün ölkədən iştirakçıları öyrəndiklərini və təcrübələrini bir birilə paylaşmaq üçün qarşılıqlı münasibətlər qurmağa təşvik etməkdir. Proqram çərçivəsində iştirakçıların bir sıra treyninqlərdə iştirakı və informasiyanın toplanması və bölüşdürülməsində alternativ yolların üstünlüyünü göstərmək üçün yüksək səviyyədə ictimaiyyətə çatdırılacaq media məhsullarını hazırlayacaqları gözlənilir.

Share |