Cari Qrant Layihələri

Açıq Qapı Qrantları

1. Rasional Inkişaf uğrunda Qadınlar Cəmiyyəti İctimai Birliyi
Əlaqə: Şəhla Ismayılova, (012) 490-40-44, Azerbaijan@shahla.org
Qrant müddəti: 9 ay
Qrantın məbləği: $29,900
Layihə: Bələdiyyə İnkişafı üçün Gender Bərabərliyi
Xülasə: Layihənin məqsədi yerli icmalar və bələdiyyələr arasında əməkdaşlığın gücləndirilməsidir. Hal hazırkı layihə, yerli idarə qurumları tərəfindən icmanın maraqlarının və xüsusilə də qadınların nəzərə alınması üçün yerli qərar-vericilikdə icmanın qadınlarına imkanların yaradılmasına yönəldilib. Təşkilat, bələdiyyə planlaşdırması və yerli özünü idarəetmədə gender-balans vasitəsi kimi Bələdiyyələrin səlahiyyəti altında fəaliyyət göstərəcək Azərbaycanda ilk Qadınlar Palatasının qurulmasını nəzərdə tutur.

2. Azad İstehlakçılarBirliyi
Əlaqə: Eyyub Hüseynov, (012) 441-28-33, eyub@consumer.baku.az
Qrant müddəti: 7 ay
Qrantın məbləği: $26,224
Layihə: İnflyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv məsuliyyətinin artırılması
Xülasə: Layihənin məqsədi, hökumətin qiymətləri təyin etmə siyasətində fəal vətəndaşların iştirakını artırmaqdır. Təşkilat bu məqsədinə həm hökumət, həm də vətəndaş cəmiyyətini hədəf alan iki istiqamətli yanaşma ilə nail olacaq. Layihə istehlakçıların məlumatlandırılması və uyğun yerli və beynəlxalq qanunvericiliyin yoxlanması kimi bir çox fəaliyyətləri nəzərdə tutur.

3. Azərbaycan Hüquqşünaslar Konfederasiyası
Əlaqə: Nadir Adilov, (012) 537-12-23, nadir.adilov@gmail.com
Qrant müddəti: 6 ay
Qrantın məbləği: $24,904
Layihə: Azərbaycan Respublikası Qanunvericiliyinin Avropa İttifaqı Qanunvericiliyinə uyğunlaşdırılması istiqamətində Gömrük Məcəlləsi və Rəqabət Məcəlləsinin rolu
Xülasə: Bu layihənin məqsədi, Rəqabət Məcəlləsi üçün tövsiyələri önə sürmək və milli qanunvericiliyə uyğunlaşdırılmasını təbliğ etmək yolu ilə əhalini məlumatlandırmağa yönəldilib. Bu məqsədinə çatmaq üçün təşkilat, vətəndaş cəmiyyətindən, biznes və hökumətdən olan potensialı yüksək istehlakçılar ilə güclü əməkdaşlıq quracaq. İstehlakçıların, dövlət rəsmilərinin, biznes, vətəndaş cəmiyyəti və mətbuatdan olan şəxslərin iştirak etdiyi ictimai müzakirələrin ardından, mütəxəssis qrupu tərəfindən hazırlanan Mövqe Sənədi Milli Məclisə (İqtisadi Siyasət Komitəsi və Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsi) təqdim olunacaq.

4. BUTA Humanitar Uşaq Fondu
Əlaqə: Nazim İbadov, (012) 530-63-56, butahuf@hotmail.com
Qrant müddəti: 9 ay
Qrantın məbləği: $30,664
Layihə: İnteqrasiya Vasitəsi ilə Əlillik haqqında Stereotiplərin aradan qaldırılması
Xülasə: Layihənin həyata keçiriləcəyi doqquz aylıq müddətdə, BUTA əlillik haqqında sosial modelin təbliğat kampaniyasını keçirəcək. Bu modelə görə Əlilliyi olan Şəxslərin inteqrasiyası onların yaşadığı cəmiyyətdə mövcud olan fiziki, informativ və davranışlarla əlaqəli maneələrin aradan qaldırılmasına xidmət edəcək. Təcrübə göstərir ki, əlilliyi olan şəxs hər hansı bir hadisə haqqında özünə inamla danışdıqda, əlilliyi olmayan dinləyicilərin əlilliyi olanların savada yiyələnə biləcəyinə inanma ehtimalı daha yüksəkdir.

5. Qafqaz Media Tədqiqatlar Mərkəzi
Əlaqə: Anar Orucov, (012) 596-62-78, anar_orujov@yahoo.com
Qrant müddəti: 9 ay
Qrantın məbləği: $13,272
Layihə: Demokratik Islahatların və Ifadə Azadlığının Yeni Texnologiyalarla –canlı Internet TV- vasitəsi ilə dəstəklənməsi
Xülasə: QMTM-in məqsədi, yeni və təkmilləşmiş texnologiyaları tətbiq etməklə yeni internet media vasitəsi– Kanal 13 Internet TV-ni ortaya qoymaqdır. Bu internet media vasitəsi, bütün siyasi və vətəndaş cəmiyyəti fərdlərinin fikirlərini azad bir şəkildə ifadə edə biləcəkləri alternativ platforma rolunu oynayacaq. İnternetə çıxış imkanı az olanlara təşkilat CD-də yazılmış proqramı verəcəkdir. “Kanal 13” yerli və dünya əhalisinə onlayn müzakirələrdə iştirak etmək və fikirlərini paylaşmaq üçün interaktiv internet məkanı yaradacaq.

6. Rəqəmsal İnkişaf İctimai Birliyi
Əlaqə: Könül Ağayeva, (012) 408-15-46, k.agayeva@gmail.com
Qrant müddəti: 6 ay
Qrantın məbləği: $10,761
Layihə: Sosial Media Veb Səhifəsi – istifadəçilərin onlayn iştirakinin artirilmasi üçün ən yaxşi alət
Xülasə: Sosial media veb səhifəsi təhsil məqsədi ilə istifadə oluna bilər. Əgər istifadəçilər internet vasitələrini yaxşı tanısalar, onlar Facebook, Twitter və WordPress kimi saytları öyrənmə vasitələrinə çevirə bilər. Lakin, Azərbaycanda bir çox istifadəçi ya bu vasitələri tanımır, ya da dillə bağlı maneələrə görə onlardan faydalana bilmir. Bu layihə çərçivəsində, Rəqəmsal İnkişaf internet istifadəçiləri üçün yeni media texnologiyaları və onların Azərbaycan dilində tətbiqi haqqında bilik və bacarıqlarını təkmilləşdirmək üçün lazımi resurs və informasiyanı təmin edəcək veb səhifəsi yaradacaq.

7. “Lider Qadınlar” İctimai Birliyi
Əlaqə: Məlahət İbrahimqızı, (012) 594 14 56, leaderwomen@gmail.com
Qrant müddəti: 6 ay
Qrantın məbləği: $14,913
Layihə: Azərbaycanın Daşqından Zərər Çəkmiş Rayonlarındakı Qadınların Sosial- İqtisadi Cəhətdən Gücləndirilməsi
Xülasə: 2010-cu ilin aprel-may aylarında Azərbaycanın cənub və mərkəzi bölgələrində baş vermiş böyük miqyaslı daşqın rayonlardakı qadınlara mənfi təsir göstərmişdir. Mövcud olan zəif sosial və iqtisadi vəziyyətlərinə əlavə olaraq, qadınlar bir çox sosial-iqtisadi və psixoloji çətinliklərlə də üzləşiblər. Bu səbəbdən, onların təcili yardım, reabilitasiya və dəstəyə ehtiyacları var. Həmçinin, onlar xüsusi bilik və bacarıq əldə etməli və bu vəziyyətlərindən çıxmaq və davamlı inkişafa nail olmaq üçün lazım olan alətlərlə sosial-iqtisadi baxımdan gücləndirilməlidirlər. Hal hazırkı layihə sosial və iqtisadi təşəbbüslərdə fəal iştirak etmələri üçün icma qadınlarının gücləndirilməsinə yönəldilmişdir.

Əməkdaşlıq Qrantları

1. “Ümman” Əlil Uşaqlara Qayğı İctimai Birliyi
Layihə: Ümumi Problem, Ümumi məqsəd
Bu layihə Regional Əməkdaşlıq Təşəbbüsü çərçivəsində dəstəklənib.

2. “Konstitusiya” Araşdırmalar Fondu
Layihə: Vəzifəli şəxslərin ictimaiyyət qarşısında hesabatlılığı mexanizminin yaradılması və onun ictimai vəkillik kampaniyasının aparılması
Bu layihə Avropaya İnteqrasiya Proqramı çərçivəsində dəstəklənib.

Share |