“Açıq qapı” prosesi iki mərhələdən ibarətdir: araşdırma mərhələsi və təklif vermə mərhələsi. Araşdırma Fondun araşdırma blankında layihə ideyasının qısa təsviridir. Təklif isə bütün tələb olunan ərizə materialları ilə bərabər layihənin təfsilatlı izahıdır.
*Araşdırma mərhələsi*
Qrant üçün müraciət edənlər əvvəlcə ərizə blankı formasında layihənin qısa təsvirini təqdim etməlidirlər. Ərizə blankının nüsxəsi Fondun ofisindən götürülə bilər. Əgər layihə Fondun məqsədləri və başqa proqram meyarlarina uyğundursa, ərizənin alınmasından sonra bir ay ərzində tam təklif xahiş olunacaqdır. Tam layihə, yəni təklifin təqdimatı üçün Fond tərəfindən müraciət təklifə baxmaq üçün qəbul edilmiş texniki qərarın göstəricisidir və baxılma prosesinin nəticələrini qabaqcadan nəzərdə tutmur. Araşdırma mərhələsində Fond həm də əlavə məlumat xahiş edə bilər və təklifi qəbul etməmək haqqında son qərarı qəbul edə bilər.
Əgər araşdırma Fondun məqsədlərinə və proqram meyarlarına uyğun deyilsə, müraciət edənlər Fondun təklifə ehtiyac olmamasi haqqında məktub alacaqlar.
*Təklif mərhələsi*
Əgər sorğu blankı təsdiq edilsə, Fond müraciət edəndən daha ətraflı təklif xahiş edir. Qrant axtaranlar təklifin ancaq bir nüsxəsini təqdim etməlidirlər. Təklifə Fondun işçiləri tərəfindən tez bir zamanda baxılacaqdır. İlkin nəzərdən keçirmə prosesini altı həftə ərzində başa çatdırmaq Avrasiya Əməkdaşlıq Fondunun siyasətidir. Bu zaman ərzində, Fond ya müraciət edəni öz qərarı haqqında məlumatlandıracaq ya da proqram haqqında əlavə məlumat istəyəcək. Əlavə məlumat haqqında müraciətlər o, demək deyil ki, Fond proqrami dəstəkləməyi qərara alıb. Onlar ancaq bildirir ki, baxma prosesini başa çatdırmaq üçün əlavə məlumat lazımdır. Son baxmanın başa çatdırılması orijinal təklifin keyfiyyətindən və qranta müraciət edənlərin əlavə məlumat haqqında xahişə cavab vermə sürətindən asılıdır.
Təklif maliyyələşdirilmək üçün seçildikdə, qrant alanlar Fondla qrant sazişi imzalayır və bu saziş layihənin həyata keçirilməsində, son büdcə və qrant ödəmələri və hesabatları üçün cədvəlin hazırlanmasında qrant alanın məsuliyyətlərini müəyyən edir. Bütün qrant alanlardan Fondun ofislərindən birində keçirilən maliyyə və proqram hesabatı tələbləri haqqında qrant idarəetmə seminarlarında iştirak etmək tələb olunur. Qrant idarəetməsi seminarında iştirak etməmək qrantın geri tələb edilməsinə gətirib çıxara bilər.