Proqramın yaranma səbəbi: Əhalinin korporativ sosial məsuliyyətə artan diqqət və tələblərinə cavab olaraq, bir çox şirkətlər nəzərə çarpan şəffaf filantropiya proqramları keçirməklə səmərəli idarəetmə praktikasını nümayiş etdirmək ehtiyacı duyurlar.
Avrasiya Əməkdaşlıq Fondunun Azərbaycan nümayəndəliyi korporativ filantropiyanın bu ənənəvi formasını deyil, sosial sərmayənin yeni formasının təşviq edir. Bu yeni forma bizneslərin öz bacarıq, təcrübə, əməkdaşlıq və maliyyə resurslarından istifadə edərək həm inkişaf sahəsində təşəbbüslərin həyata keçirilməsini, həm də biznes kimi öz rəqabət üstünlüklərinin möhkəmləndirilməsini özündə ehtiva edir.
Şirkətin rəqabət üstünlüklərini və çatışmazlıqlarını diqqətlə təhlil edərək şirkətin ümumi rəqabətliliyini artıran sosial və iqtisadi dəyərlərin üst-üstə düşdüyü sahələri və onların paralel inkişafı üçün imkanları müəyyən etmək olar.
Proqramın məqsədi: Yerli sahibkarlar və birgə müəssisələr tərəfindən ölkənin uzunmüddətli sosial və iqtisadi inkişafına yönəlmiş strateji sərmayələrin həvəsləndirilməsi.
Sosial Sərmayə Proqramı vasitəsilə Avrasiya Əməkdaşlıq Fondu qarşısına yerli biznes strukturları və müəssisələrinin uzun müddətli rəqabət potensialını artırmaqla bərabər, icmalarda əhəmiyyətli dəyişikliklərə nail olmaq və bununla da sosial sərmayələrin dəyərini artırmaq məqsədi qoyur.
*KSS proqramı üç əsas sahəyə diqqət yetirir:*
Şəbəkənin inkişafı: korporativ sosial sərmayə mütəxəssislərinin öz aralarında yanaşma, layihə və əlaqəli təcrübənin bölüşməsi imkanlarının yaradılması
Məsləhət və qabiliyyətlərin inkişafı: sosial proqramların hazırlanması qabiliyyətinin inkişaf etdirilməsi üçün xüsusi imkanların yaradılması və müxtəlif iştirakçılar arasında potensial əməkdaşlığın həvəsləndirilməsi
Məlumatın yayılması və çap materialları: Fondun cari fəaliyyəti, Azərbaycan və dünya üzrə ən yaxşı təcrübələr və uğur hekayətləri haqqında məlumat yaymaqla KSS və korporativ sosial məsuliyyətin təbliğatı.