Norveç Səfirliyinin Kiçik Qrantlar Proqramı

Artıq beşinci ildir ki, Norveç Krallığının Azərbaycandakı səfirliyi Avrasiya Əməkdaşlıq Fondu ilə birgə Azərbaycanda fəaliyyət göstərən qeyr-hökümət təşkilatlarının təşəbbüslərini dəstəkləmək məqsədilə qrant müsabiqəsi elan edir. “Norveç Səfrirliyinin Kiçik Qrantlar Proqramı”nın məqsədi ölkədə vətəndaş cəmiyyətinin davamlı inkişafını və demokrtaik institutların fəaliyyətini dəstəkləməkdir. İkitərəfli əməkdaşlıq çərçivəsində Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə AƏF bu prormın idarə olunmasına dair saziş imzalayıb.

Qrant layihələrinin maliyyələşdirilməsi ilə bağlı yekun qərar səfirliyin yüksək rütbəli diplomatları tərəfindən verilir. Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə AƏF arasında əməkdaşlıq 2005-ci ildən başlayib.

Share |