Gənclər Fondu Fəaliyyətlərini Tanıdacaq Ən Yaxşı Material üçün MÜSABİQƏ

Gənclər Fondu (GF) proqramı 2005-ci ildə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilməyə başlamış və məqsədi, Azərbaycanın regionlarında gənclərin icmaların sosial və iqtisadi məsələlərində iştirak etmələri, fəal vətəndaş olmaları və təlimlər vasitəsilə professional idarəetmə bacarıqlarını artırmaları üçün imkan yaratmaqdan ibarətdir. Bu proqramı tətbiq edən ölkələrin təcrübələrinə əsasən proqramın iştirakçıları icmalarının rəhbəri və inkişaf etmiş üzvləri kimi özlərinə inam qazanır.

Avrasiya Əməkdaşlıq Fondu (AƏF), GF və onun fəaliyyətlərini tanıdacaq ən yaradıcı və maraqlı layihə üçün müsabiqə elan edir. AƏF, icma inkişafında GF-nin işini və gənclərin iştirakını dəstəkləyəcək yaradıcı ideyalarını üzə çıxarmaq istəyən və Azərbaycanın müxtəlif bölgələrindən olan gəncləri dəvət edir.

GF-nin istiqamətlərindən biri olaraq, bu müsabiqənin məqsədi icmanızı inkişaf etdirmək və ona faydalı olmaq üçün daha yenilikçi və maraqlı fikirlərinizin ortaya çıxmasında sizi təşviq etməkdir. Əgər yaşınız 30-dan çox deyilsə və sizin Gənclər Fondu və gənclərin fəaliyyətlərinə marağınız varsa, onda bu sizə öz qeyri-adi ideyalarınızı reallaşdırmaq və Azərbaycanda yaşayan ən istedadlı gənc rəssamlardan, dizaynerlərdən, fotoqraflardan, toxuculardan və/və ya kinofilm yaradıcılarından biri kimi tanınmaq üçün bir fürsətdir.

Sizin layihəniz GF fəaliyyətləri və gənclərin cəlb olunması sahəsində ən təsirli hekayələri və ən üstün təcrübələri bölüşməlidir. Bunun üçün heç bir incəsənət meyarı qoyulmayıb və müsabiqə hər kəsə açıqdır: siz hekayə yaza bilər; divar üçün şəkil dizayn edə bilər; şəkil və ya rəsm çəkə bilər; xalça toxuya bilər; və ya kompüterdə təsvir yarada bilərsiniz. Video təqdimatı da edə bilərsiniz: Kinofilm və/ və ya qısa metrajlı film, Youtube video, televiziya çarxı və s. Təklif olunan layihələr sizin öz yaradıcı ideyalarınız əsasında hazırladığınız və daha əvvəl dərc olunmamış materiallar olmalıdır. Təkliflər yalnız Azərbaycan və ingilis dillərində qəbul edilir.

İlkin mərhələdə siz təfərrüatlı büdcə də daxil olmaqla təklif paketi hazırlamalısınız. Təklif layihənin təfsilatlı təsvirindən (film, xalça, şəkil və s.), büdcə isə layihəyə lazım olan materialların (video lenti, toxumaq üçün iplik və s.) təfərrüatlı xərclər siyahısından ibarət olmalıdır. Sizin təklifləriniz əsasında AƏF gənclərdən ibarət 10-15 nəfərlik qrup seçəcək və Gənclər Fondunun fəaliyyət göstərdiyi 19 rayona (Gəncə, Qazax, Göygöl, Tovuz, Ağstafa, Şəmkir, Samux, Yevlax, Mingəçevir, Tərtər, Bərdə, Ağdaş, Ucar, Quba, Qusar, Goranboy, Gədəbəy, Şəki, Qax) ekskursiya təşkil edəcək. AƏF nəqliyyat, qalma yeri, yemək və təklif olunan materialın hazırlanması üçün lazım olan bütün xərcləri ödəyəcək.

Hər bir material məzmununa və yaradıcılığına görə qiymətləndiriləcək. Son mərhələdə mütəxəssislərdən ibarət heyət ən yaxşı üç layihəni seçəcək və bu qaliblər dəyərli hədiyyələrlə təltif olunacaq.

Təkliflərinizi göndərmək üçün son tarix 15 dekabr 2011-ci il, saat 18:00-a qədər uzadılmışdır. Təkliflərinizi info@epfound.az ünvanına göndərə bilərsiniz və göndərəcəyiniz elektron məktubda adınızı, işinizi və əlaqə məlumatlarınızı qeyd etməyi unutmayın.

Uğurlar!

Share |