AƏF “bir günlük moderator” üçün açıq müsabiqə (Tender) elan edir

Müsabiqə (Tender) haqqında:

Müsabiqə (tender), Norveç Hökuməti Xarici İşlər Nazirliyinin dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən Vətəndaş Jurnalistikası Elektron Media Proqramı çərçivəsində layihə iştirakçılarının fəallığının artırılması təşəbbüslərini dəstəkləməkdən ibarətdir.

Avrasiya Əməkdaşlıq Fondu (AƏF), Vətəndaş Jurnalistikası Elektron Media Proqramı çərçivəsində Azərbaycanın 10 regionunda sosial media ilə bağlı bir sıra fəaliyyətlər həyata keçirmişdir. Növbəti tədbir kimi hədəf regionlardakı fəal gənclərin görüşü nəzərdə tutulur. Bir günlük görüş Gəncə şəhərində keçiriləcək. AƏF bu görüşü idarə edə biləcək moderator üçün müsabiqə (tender) elan edir.

Tələblər

Moderatordan aşağıdakı bəndlərdə qeyd olunanlar tələb olunur, yalnız onlar ilə məhdudlaşmır:
• Sosial media sahəsində təcrübəsi;
• Moderatorluq təcrübəsi;

Ərizə forması tələbləri və təqdim olunması:

Ərizəçilər aşağıda qeyd olunanları təqdim etməlidirlər: • Tərcümeyi-hal • Oxşar əvvəlki təcrübəni əks etdirən motivasiya məktubu

Müsabiqədə (tenderdə) iştirak etmək üçün təklif paketi 24 fevral 2012-ci il tarixinə qədər info@epfound.az elektron ünvanına və ya aşağıdakı ünvana təqdim olunmalıdır:

Avrasiya Əməkdaşlıq Fondu
Cəfər Cabbarlı 44,
Caspian Plaza, 6-cı mərtəbə
Faks: 994 12 437-29-44

Share |