Azərbaycan Gənclər Fondu 2011 Layihələr Silsiləsi- Samux

Avrasiya Əməkdaşlıq Fondu tərəfindən yaradılmış və Finlandiya Xarici İşlər Nazirliyinin dəstəklədiyi Gənclər Fondu proqramı çərçivəsində 2011-ci ilin mart-may aylarında Azərbaycanın 8 regionunda (Gəncə, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Yevlax, Göygöl) bir sıra fəaliyyətlər təşkil olunmuşdur. Ümumilikdə 23 layihə (21- maliyyələşdirilmiş və 2-si maliyyə dəstəyi olmadan) 63 iştirakçı və sözü keçən regionlarda yaşayan gənclər tərəfindən həyata keçirilmişdir.

Samux GF Erkən Nigahlar və Qadın Zorakılığı haqqında Gəncləri Məlumatlandırır

AƏF-in Gənclər Fondu proqramı çərçivəsində yaradılmış Samux Gənclər Fondu, Samuxdan olan 30 gənc üçün seminar təşkil etdi. Layihənin məqsədi Samux rayonunun gəncləri arasında erkən nigahlar, qadın zorakılığı, onun törətdiyi fəsadlar və qarşıda yarana biləcək problemlərin qarşısını alma yolları haqqında məlumatlandırma aparmaq idi. Tədbirin əsas mövzusu olan Azərbaycanda erkən nigah və qadın zorakılığı məsələsinin müzakirəsi iştirakçılara ölkədə qadın zorakılığı ilə mübarizə yollarını və strategiyasını öyrənmək imkanı verdi.

Mövzu ilə yaxından tanış olduqdan sonra gənclər qrup işlərində və rollu oyunlarda iştirak etdilər. Belə mövzuların cəmiyyətdə tabu olmasının müzakirəyə əngəl törədəcəyini nəzərə alaraq, Samux GF bu tabunu heç olmasa öz aralarında qırmaları üçün iştirakçılara dəstək oldu və bu məsələni açıq şəkildə müzakirə etməyə imkan yaratdı. İştirakçılar öz təcrübələrini və eşitdikləri və ya şahidi olduqları hekayələri paylaşdılar. Onlar həmçinin erkən nigah və qadın zorakılığı ilə mübarizədə səylərin və bu mövzuda məlumatlılığın vacibliyini vurğuladılar.

Kənd əhalisini də erkən nigah və qadın zorakılığı barəsində məlumatlandırmaq layihənin vəzifələrinə daxil idi. Yerli əhalinin diqqətini bu məsələyə çəkmək üçün Samux GF xüsusi fəaliyyət planı hazırladı və onlara ailədaxili zorakılığın yayılma səbəblərini və nəticələrini izah etdi. Bundan əlavə, hər kənddə bu mövzuda ixtisaslaşmış bir təlimçinin olması üçün Samux GF kəndlərdə yaşayan gənclərə Təlimçilərin Təlimini təşkil etdi.

Avrasiya Əməkdaşlıq Fondu tərəfindən Gənclər Fondu proqramı çərçivəsində 2011-ci ildə həyata keçirilmiş digər layihələr:

Share |