Azərbaycanda İnsan Haqlarının İnkişafı, Demokratikləşmə və Yaxşı İdarəetmə Proqramı çərçivəsində Layihə Təklifləri üçün Müraciət, İkinci Elan (Yeni)

Layihə təklifləri üçün müraciət

Avrasiya Əməkdaşlıq Fondu (AƏF) hazırda Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, demokratiya, insan haqları, şəffaflıq və hesabatlılıq məsələlərində Azərbaycan hökuməti üzərində ictimai nəzarətin təkmilləşdirilməsi və onunla birgə fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində layihə təkliflərini qəbul edir.

Seçilmiş layihə təklifləri AƏF ilə bağlanılacaq xidmət müqavilələri üçün əsas olacaq.

1. Məqsədlər və Prioritet təşkil edən Məsələlər

Bu Layihə təklifləri üçün müraciətin ümumi məqsədləri demokratiyanın və qanun aliliyinin inkişafına və möhkəmlənməsinə töhfə verilməsi, bütün insan hüquqları və fundamental azadlıqlara hörmət edilməsi və Azərbaycanda baş verən demokratik islahatlarda və dəyişikliklərdə vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi və təşviq edilməsidir.

Layihə təklifinin spesifik məqsədləri aşağdakılardır:

Ərizəçilər öz layihələrində gender məsələlərinin nəzərə alınmasını təmin etməlidirlər. Bu, həm kişi, həm də qadınlardan ibarət olan maraqlı tərəflərin layihədə iştirakının təmin edilməsi və layihə ilə əlaqədar olan bütün gender bərabərliyi məsələlərinin sistemli şəkildə layihənin metodologiyasına daxil edilməsi deməkdir.

2. Fəaliyyətlərin Münasibliyi

Münasib fəaliyyət təklifi bütöv bir layihədən ibarət olmalıdır – aydın şəkildə müəyyən edilmiş məqsədləri, hədəf qrupları və əldəediləbilən nəticələri olan, birlikdə bütövlük təşkil edən, müstəqil fəaliyyətlər toplusu.

Təqdim edilən layihə təklifləri, xüsusən, onların uyğunluğu, gözlənilən nəticələri və potensial effektivliyi əsasında seçiləcəklər. Üstünlük innovativ və yaradıcı yanaşmanı əks etdirən və həmin sahədəki mövcud və keçmiş təşəbbüslərə, ən yaxşı təcrübələrə əsaslanan təkliflərə veriləcəkdir. Ərizəçi sıfırdan başlamamalı və təkbaşına fəaliyyət göstərməməli, əksinə fəaliyyətlərin əlaqələndirilməsinə səy göstərmək və yekunda birgə nəticələrin əldə olunmasını təmin etmək üçün çox saylı maraqlı tərəflərlə (QHTlər, səlahiyyətli qurumlar, dövlət orqanları və s.) əməkdaşlıq etməlidir. Bütün ərizələr əldə olunacaq nəticələrin təsirinin artırılmasını və davamlılığını təmin edəcək tədbirləri əhatə etməlidir.

Təqdim edilmiş layihə Azərbaycanda həyata keçirilməlidir.

Təqdim edilmiş büdcə yerinə yetiriləcək bütün xidmətləri əhatə etməli və həmin xidmətlərin ümumi dəyəri 20 000 AZN-dən artıq olmamalıdır.

Layihə 31 dekabr 2016-cı il tarixinə kimi yekunlaşdırılmalıdır.

Ərizəçi (o cümlədən təşkilat, onun əsas işçi heyəti, mütəxəssislər və ya direktorlar) bu Layihə təklifləri üçün müraciət çərçivəsində yalnız bir layihə təklif edə bilər. Ərizəçinin birdən artq layihə təklifi irəli sürəcəyi təqdirdə, onun bütün müraciətləri rədd olunacaqdır.

3. Ərizəçilərin Münasibliyi

Aşağıda göstərilmiş münasiblik meyarlarına cavab verən yerli qeyri-hökümət təşkilatları, məhdud məsuliyyətli cəmiyyətlər və fərdi sahibkar kimi fəaliyyət göstərən fiziki şəxslər bu müraciət çərçivəsində maliyyə dəstəyi ala bilərlər:

Qeyri-hökümət təşkilatları (QHT) və məhdud məsuliyyətli cəmiyyətlər (MMC) üçün uyğunluq meyarları:

Fiziki şəxs olan namizədlər üçün uyğunluq meyarları:

4. Xərclərin Münasibliyi

Bütün xərclər yalnız layihənin icrasına yönəlmiş fəaliyyətləri əhatə etməli və real qiymətləri əks etdirən müvafiq sənədlərə əsaslanmalıdır.

Aşağıdakı xərclər bu müraciət çərçivəsində əhatə oluna bilər:

Aşağıdakı xərclər bu müraciət çərçivəsində əhatə oluna bilməz:

5. Ərizələrin Təqdim Olunmasına dair Məlumat

Ərizəçilər müraciət formalarının formatına riayət etməli, müvafiq qaydada bəndləri doldurmalı və suallara cavab verməlidirlər. Qaydalara riayət edilməməsi müraciətin baxılmamasına səbəb ola bilər.

Müraciətlərə aşağıdakı məlumatlar daxil edilməlidir:

Müraciət ərizəsi üçün formalar əlavə olunur.

Aşağıda sadalanan əlavə sənədlər də ərizələrə əlavə olunmalıdır:

Natamam ərizələr qəbul olunmayacaq.

Ərizələr azərbaycan dilində təqdim olunmalı və 10 səhifədən artıq olmamalıdır (əlavə sənədləri çıxmaq şərtilə).

Ərizələr 19 iyun 2016-cı il tarixində yerli vaxtla saat 18:00 dan gec olmayaraq epf@epfound.az elektron ünvanına təqdim edilməlidir. Gecikmiş ərizələr etibarsız hesab olunacaq.

Ərizələr İnsan Haqlarının İnkişafı, Demokratikləşmə və Yaxşı İdarəetmə Proqramına istinad etməlidirlər.

Bu müraciət ilə bağlı bütün sualları epf@epfound.az elektron ünvanına göndərə bilərsiniz. AƏF tərəfindən suallar 10 iyun 2016-cı il tarixinədək cavablandırılacaq. Bu tarixdən sonra daxil olan suallara cavab verilməsi mümkün olmayacaqdır.

Share |