Açıq Hökumət Tərəfdaşlığı sahəsində Xidmət Təklifləri üçün Müraciət Elanı

XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN MÜRACİƏT ELANI

1. XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN MÜRACİƏT ELANININ KONTEKSTİ
Avrasiya Əməkdaşlıq Fondu (AƏF) hazırda Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən, demokratiya, insan haqları, şəffaflıq və hesabatlılıq məsələlərində Azərbaycan hökuməti üzərində ictimai nəzarətin təkmilləşdirilməsi və onunla birgə fəaliyyətinin yaxşılaşdırılması üzrə innovativ ideyaların dəstəklənməsi üçün tərtib olunmuş “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını icra edir. Proqramın tərkib hissəsi kimi onun ümumi məqsədlərinə xidmət edəcək aşağıda göstərilən istiqamətlər üzrə xidmət təkliflərinin qəbulunu açıq elan edir.

2. TƏLƏB OLUNAN XİDMƏT TƏKLİFLƏRİ ÜÇÜN MƏQSƏD VƏ İSTİQAMƏTLƏR
Bu xidmət təklifləri üçün müraciət elanının ümumi məqsədi Açıq Hökumət Tərəfdaşlığının (AHT) meyarlarının, o cümlədən şəffaflığın, hesabatlılığın, vətəndaş iştirakçılığının, dürüstlüyün Azərbaycanda gücləndirilməsinə töhfə verməkdir. Xidmət təklifləri bu ümumi məqsədi altında, AHT beynəlxalq təşəbbüsünün bəyannaməsi əsasında müəyyənləşdirilmiş aşağıdakı xüsusi istiqamətlərə birbaşa yönəlməlidir:

Hökumətin fəalliyyəti barəsində məlumatın mövcudluğu

Vətəndaş iştirakçılığının dəstəklənməsi

İctimai qurumlarda peşəkar dürüstlüyün yüksək standartlarının tətbiqinin təşviqi

Açıqlıq və hesabatlılıq üçün yeni texnologiyalara çıxışın inkişaf etdirilməsi


3. XİDMƏT TƏKLİFLƏRİ İLƏ BAĞLI YANAŞMA TƏLƏBLƏRİ
Gender yanaşması – Ərizəçilər öz xidmət təklifləri paketində gender məsələlərinin nəzərə alınmasını təmin etməlidirlər. Bu, həm kişi, həm də qadınlardan ibarət olan maraqlı tərəflərin təklif edilən fəaliyyətlərdə iştirakının təmin edilməsi və fəaliyyətlər ilə əlaqədar olan bütün gender bərabərliyi məsələlərinin sistemli şəkildə xidmət təkliflərinin metodologiyasına daxil edilməsi deməkdir.
Regional əhatəlilik – Ərizəçilər öz xidmət təklifləri paketində yalnız Bakı və Abşeron ilə kifayətlənməməli, Azərbaycanın digər bölgələrini əhatə edən təkliflər də daxil etməlidirlər.

Çoxtərəfli əməkdaşlıq – Ərizəçilər öz xidmət təkliflərində vətəndaş cəmiyyəti nümayəndələri, AHT-nin əhatə etdiyi sahələrdəki müstəqil mütəxəssislərin cəlb edilməsini mütləq nəzərə almalı, milli və yerli səviyyədə hökumət qurumları ilə sıx əməkdaşlıq və tərəfdaşlıq şəklində xidmətləri həyata keçirməlidirlər. Müvafiq olduğu hallarda biznes nümayəndələrini və konkret maraqlı qrupları (misal üçün, fermerlərin, müxtəlif peşə sahiblərinin, qadınların, gənclərin, icmaların və s.) cəlb edilməlidir. Xidmət təklifləri paketində yuxarıda sadalanan məsələlər açıq və dəqiq şəkildə göstərilməlidir.

İnnovativlik – Xidmət təklifləri paketi artıq dəfələrlə vətəndaş cəmiyyəti qurumları tərəfindən sınaqdan keçirilmiş mexanizmlər üzərində deyil, yeni mexanizmlər əsasında qurulmalıdır. Xüsusilə, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə sınaqdan keçirilmiş informasiya-kommunikasiya texnologiyalarının yaratdığı imkanların istifadəsinə üstünlük verilməlidir. Bu, xidmət təklifləri paketlərinin qiymətləndirilməsində əsas meyarlardan biri olacaqdır.

Davamlılıq – Xidmət təklifləri paketinin hazırlanması zaman nəzərdə tutulan nəticələrin davamlılığı mütləq nəzərə alınmalı və bu meyarın necə qarşılandığı dəqiq və aydın şəkildə xidmət təklifləri paketində göstərilməlidir.

4. XİDMƏT TƏKLİFLƏRİ İLƏ BAĞLI DİGƏR TƏLƏBLƏR
Fəaliyyətlərin Münasibliyi
Münasib xidmət təklfiləri paketi yuxarıda göstərilən istiqamətlərdən biri və ya bir neçəsi üzrə, qeyd olunan yanaşmaları nəzərə alan, aydın şəkildə müəyyən edilmiş məqsədləri, dəqiq hədəf qrupları və ölçüləbilən nəticələri olan, birlikdə bütövlük təşkil edən, müstəqil fəaliyyətlər toplusundan ibarət olmalıdır.
Təqdim edilmiş xidmət təklifləri Azərbaycanda həyata keçirilməlidir.
Təqdim edilmiş xidmət təkliflərinin icra müddəti beş (5) aydan artıq olmamalıdır.

Ərizəçilərin Münasibliyi
Aşağıda göstərilmiş münasiblik meyarlarına cavab verən vergi ödəyiçisi olan fiziki şəxslər və məhdud məsuliyyətli cəmiyyətlər bu müraciət çərçivəsində xidmət təklifləri paketi təqdim edə bilərlər:

Məhdud məsuliyyətli cəmiyyətlər (MMC) üçün uyğunluq meyarları:

Fiziki şəxs olan namizədlər üçün uyğunluq meyarları:

Ərizəçi və xidmət təkliflərinin icrasında rol alan şəxslər – komanda üzvləri bu xidmət təklifləri üçün müraciət elanı çərçivəsində yalnız bir xidmət təklifləri paketi təklif edə bilər. Əks halda ərizəçi və ya komanda üzvlərinin bütün müraciətləri rədd olunacaqdır.

Xərclərin Əsaslandırılması
Bütün xərclər yalnız təqdim olunmuş xidmət təkliflərinin icrasına yönəlmiş birbaşa fəaliyyət xərclərindən, həmin fəaliyyətləri həyata keməsi üçün ən vacib əlaqədar xərcləri əhatə etməli və real qiymətləri əks etdirən müvafiq sənədlərə əsaslanmalıdır. Xərclərin əsaslandırılması aşağıdakı meyarlar əsasında qiymətləndiriləcəkdir:

Birbaşa fəaliyyət xərcləri aşağıdakılardan ibarət ola bilər:

Əlaqədar fəaliyyət xərcləri aşağıdakılardan ibarət ola bilər:

Yuxarıdakı birbaşa və əlaqədar xərləcrin siyahısında olmayan digər xərclər də əsaslandırılmalıdır. Birbaşa və əlaqədar xərclərin qiymətləndirilməsi zaman onların xidmət təklifləri paketində göstərilən fəaliyyətlər üçün vacibliyi və müvafiqliyi, həmçinin, xərclərin əsaslandırılmasında göstərilən qiymərlətlərin reallığı əks etdirməsi əsas meyarlar olacaqdır.

5. ƏRİZƏLƏRIN TƏQDİM OLUNMASINA DAİR MƏLUMAT
Ərizə əsas və əlavə sənədlərdən ibarətdir. Əsas ərizə sənədləri aşağıdakılardan ibarətdir:

Ərizəçilər bu xidmət təklifləri üçün müraciət elanına əlavə edilmiş müraciət formalarının formatına riayət etməli, müvafiq qaydada bəndləri doldurmalı və suallara cavab verməlidirlər. Qaydalara riayət edilməməsi müraciətin baxılmamasına səbəb ola bilər.

Əlavə ərizə sənədləri aşağıdakılardan ibarətdir:

Natamam ərizələr – əsas və əlavə sənədlərdən hər hansı biri çatışmayan ərizələr – qəbul olunmayacaqdır.
Ərizələr azərbaycan dilində təqdim olunmalıdır.
Ərizələr 27 Yanvar 2017-cı il tarixində yerli vaxtla saat 18:00-dan gec olmayaraq epf@epfound.az elektron ünvanına göndərilməlidir. Gecikmiş ərizələr etibarsız hesab olunacaq. Ərizəçilər müraciətlərinin vaxtında çatmasına öhdəlik daşıyırlar.
Ərizələr İnsan Haqlarının İnkişafı, Demokratikləşmə və Yaxşı İdarəetmə Proqramına istinad etməlidirlər.
Bu müraciət ilə bağlı bütün sualları epf@epfound.az elektron ünvanına göndərə bilərsiniz. AƏF tərəfindən suallar 20 Yanvar 2017-cı il tarixinədək verilən cavablandırılacaq. Bu tarixdən sonra daxil olan suallara cavab verilməsi mümkün olmaya bilər.

Share |