South Caucasus Regional Website
Saytın xəritəsi  |  Әlaqə  |  Donate  |  English version
Search:
Eurasia Partnership

Gənclər Fondu

Azərbaycan Gənclər Fondu Proqramı (GF) qrant komponentlərini özundə birləşdirən yenilikçi gənc liderlik proqramıdır. Proqram gəəclərin öz icmalarında irəli sürdükləri dəyərli ideyaları dəstəkləyən kiçik qrantların idarə olunmasını həyata keçirir.Yerli inkişafa unikal yanaşma tərzi olan gənclər onlar üçün ayrılmış vəsaitlərin istifadə olunması, icmalarda ehtiyacların qiymətləndirilməsi barədə müstəqil qərar verir.

Fəaliyyətə başladığı 2005-ci ildən bəri, GF gənclərin iştirakı ilə Şəki, Gəncə, Göyçay, Quba və Lənkəranda gənclər tərəfindən hazırlanan layihələr üçün maliyyə resurslarının bölüşdürülməsinə məsul olan beş qrant komitəsi yaradıb. Bu qrant komitələrinin üzvü olan 18-30 yaşlı 35 nəfər gənc öz ərazilərində gənclərin rəhbərlik etdiyi 28 icma layihəsinə ayrılan 12500 dollar vəsaiti bölüşdürüb. Gənclərdən ibarət bu qrant komitələrinin dəstək verdiyi layihələr Lənkəranda kompüter kurslarından tutmuş Qubada gənclər qəzetinə, Göyçay və Şəkidə professional təlimdən tutmuş Gəncədə ekoloji layihələrin həyata keçirilməsinə qədər ən müxtəlif sahələri əhatə edib.

GF eyni zamanda regionlarda gənclərin professional vərdişlərini inkişaf etdirir və maddi resursları bilavasitə onların ixtiyarına verir. Qrant layihələrinin icrası zamanı icmaların ehtiyaclarının qiymətləndirilməsi, icmalarla əlaqə qurmaq məqsədilə kampaniyaların təşkili, layihə təkliflərinin qiymətləndirilməsi, kiçik qrantların idarə olunması və layihələrin təsirlərinin qiymətləndirilməsi sahələrində daha geniş bilgi vermək üçün Avrasiya Fondu (AF) gənclərə təlimlər keçir və texniki yardım göstərir.

AF növbəti iki il ərzində bu proqramı daha da genişləndirərək Azərbaycanın daha beş rayonunda həyata keçirmək üzərində işləyir. Bu proses proqramın hazırkı iştirakçılarına yeni yaradılacaq qrant komitələri üçün təlimçi və təlimatçı olmaq hüququ verən sertifikatlaşdırma proqramını və AF-a gələcək proqram fəaliyyətlərində məsləhət verəcək yönəldici şuranın yaradılmasını əhatə edir.

GF Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strateji dəstəyindən bəhrələnir, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Lodestar Fondundan birbaşa maliyyə yardımı alır.

Section links
Latest news
- 23 Aprel 2009

"Sosial sorğuların əsası: Dəyişənlər, Hipotezalar və Nəzəriyyələr" mövzusunda təlim-seminar

QTRM – Azərbaycan sizi məmnuniyyətlə Elnur Əsgərli tərəfindən keçiriləcək “Sosial sorğuların əsası: Dəyişənlər, ... »
- 15 Aprel 2009

İş elanı: redaktor və müxbir

AƏF proqramlarından biri üçün bülleten buraxılışına aşağıdakı qısamüddətli ... »
- 12 Mart 2009

Mühazirə: Keçmiş sovet ölkələrində dil siyasəti

QTRM və Cənubi Qafqaz üzrə Amerika Tədqiqat İnstitutu Sizi məmnuniyyətlə siyasi elmlər ... »
- 11 Mart 2009

Təqdmat: orta təhsildə qeyri-rəsmi ödənişlər

QTRM, Sizi məmnuniyyətlə Elmina Kazımzadə və Nailə İsmayılova tərəfindən keçiriləcək “Orta təhsildə qeyri-rəsmi ödənişlər” adlı mühazirəyə dəvət edir. ... »
Eurasia Partnership
This website is made possible by the generous support of the American People through the United States Agency for International Development (USAID). The contents are the responsibility of the Eurasia Parnership Foundation and do not necessarily represent the views of USAID or the U.S. Government.
USAID